AZ

Cənubi Koreya prezidenti reytinqi açıqlandı

Dekabrın 3-dən 4-nə keçən gecə hərbi vəziyyətin tətbiqindən sonra Cənubi Koreya prezidenti Yoon Seok Yeolun işinə razılıq nisbəti 11%-ə enib.

"Unikal" xəbər verir ki, bunu "Gallup Koreya" sosioloji bürosunun keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Sorğu dekabrın 10-dan 12-dək 18 yaşdan yuxarı 1002 nəfəri əhatə edib. Onların 11 faizi prezidentin işini müsbət, 85 faizi mənfi qiymətləndirib. Qalan 4% isə cavab verməkdə çətinlik çəkib. 11% rəqəmi 2022-ci ilin mayında Yoon Seok Yeolun inauqurasiyasından bəri ən aşağı göstəricidir.

Seçilən
9
1
unikal.az

2Mənbələr