AZ

Ayağından sonra qolu da işləmir...

Xəstəlik ilə mübarizə aparan məşhur türkiyəli müğənni Serdar Ortaç sol qolunun da işləmədiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bundan əvvəl də xəstəliynə görə sol ayağının işləmədiyini deyən müğənni ölmək istədiyini bildirib: “Bir daha heçnə ilə bağlı fikrimi deməyəcəyəm. Bu mənim son müsahibəmdir. Mən bir daha heç vaxt danışmayacağam. Danışmağa dəyməz. Sabah ölmək istəyirəm. Bəs, 300 min adam “Sərdar” deyə qışqırırdı? Bəs, musiqimi bəyənirdilər? Xahiş edirəm mənə “Sən böyük Serdar Ortaçsan” demə. Bu həyatda heç kim böyük deyil”. 

Qeyd edək ki, Serdar Ortaç “qanunsuz mərc oyunlarına təşviq etmə” maddəsi ilə ittiham olunub, dindirildikdən sonra sərbəst buraxılıb.

Xatırladaq ki, müğənni MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkir.

Seçilən
105
9
qafqazinfo.az

10Mənbələr