Rusiya Silahlı Qüvvələri, Ukrayna Silahlı Qüvvələrinin ATACMS raketləri ilə Taqanroqa son hücumuna cavab olaraq, Ukraynanın yanacaq-energetika kompleksinin obyektlərinə - hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən obyektlərə kütləvi zərbə endirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bütün hədəflərin vurulmasına nail olunub.
Qeyd edək ki, iki gün əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiyanın Taqanroq şəhərindəki hərbi obyekti ATACAMS raketləri ilə vurub.