AZ

SOCAR İtaliya bankından maliyyə vəsaiti cəlb edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın "Intesa Sanpaolo" bankı arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, SOCAR-ın vitse-prezidenti Zaur Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Milan şəhərində səfərdə olub.
Səfər çərçivəsində "Intesa Sanpaolo" bankının və onun törəmə şirkəti olan "Vseobecna Uverova" bankının rəhbər heyətləri ilə səmərəli görüşlər keçirilib, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Eyni zamanda, səfər çərçivəsində SOCAR-ın beynəlxalq maliyyə bazarında tədavüldə olan istiqrazları üzrə İtaliyadan olan mövcud və potensial investorlarla görüşlər keçirilib.
Görüşlərdə maliyyə bazarındakı son vəziyyət, SOCAR-ın maliyyə göstəriciləri, reytinqləri və yaşıl enerji sahəsindəki planları ilə bağlı geniş təqdimat edilib.
phrase_var_article.chosen
45
49
oxu.az

10phrase_var_article.sources