AZ

Şəkidə 3 nəfərə canavar hücum etdi

Şəkidə 3 nəfərə canavar hücum edib.

"Unikal" xəbər verir ki, hadisə  bu gün səhər saatlarında rayonun Şorsu kəndində baş verib. Belə ki,kənd sakini  Seymur Cuma oğlu İsayev övladını məktəbə apararkən canavarın hücumuna məruz qalıb. Canavar C. İsayevə xəsarət yetirib. Eyni zamanda  rayonun Cumakənd kəndində də  canavar iki nəfərə hücum edərək  kənd sakinləri 68 yaşlı  Həsənov  Səfər Hüseyn oğlu  və 28 yaşlı Məhəmməd Fikrət oğlu Məmmədova xəsarət yetirib.

Xəsarət alan şəxslərə Şəki Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.

Seymur Əli

Seçilən
11
50
unikal.az

10Mənbələr