AZ

Sərxan Hacıyevdən Santuşla bağlı açıqlama



AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşla bağlı açıqlama verib.

aia.az-ın İdman.biz-ə istinadən məlumatına görə, o, portuqaliyalı məşqçinin istefaya gedəcəyi ilə bağlı gəzən xəbərlərə münasibət bildirib.

S.Hacıyev bu məlumatı təkzib edib: “Onun istefaya göndərilməsi mümkün deyil. Hazırda Fernandu Santuş DÇ-2026-nın püşkatması ilə bağlı İsveçrənin Sürix şəhərindədir. İşinin başındadır və davam edir”.

aia.az



Seçilən
3
10
aia.az

10Mənbələr