Bakı. Trend:
Bu gün Fransanın paytaxtı Parisdə, UNESCO-nun Baş Qərargahında"Mətnçilikdə Dünyanın Xəritəsini Çəkmək: "Divanü Lüğət-it-Türk"əsərinin 950 illiyi münasibətilə" adlı beynəlxalq konfranskeçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı MilliKomissiyası məlumat yayıb.
Tədbir UNESCO-nun 2024-cü il Yubileylər Proqramı çərçivəsindəgörkəmli lüğətçi və filoloq Mahmud Kaşğarlının möhtəşəm əsərinin950 illiyinə həsr olunub.
Konfrans Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türkdövlətlərinin əməkdaşlığı ilə təşkil edilib və tədbirə yüksəkrütbəli rəsmilər və alimlər qatılıb.
Əsas məruzəçilər arasında Türk Mədəniyyəti və İrsi Fondununprezidenti Aktotı Raymkulova, UNESCO-nun Afrika Prioritetləri vəXarici Əlaqələr üzrə Baş direktor köməkçisi Firmin Matoko, UNESCOüzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi,xüsusi tapşırıqlar üzrə səfir Seymur Fətəliyev, Azərbaycanın UNESCOyanında daimi nümayəndəsi Elman Abdullayev Azərbaycanın UNESCO-dakıDaimi Nümayəndəliyi və digər şəxslər yer alıb.