Saab şirkəti Avropadakı ABŞ Hərbi Hava Qüvvələrini Giraffe 4A radarları ilə təchiz etmək üçün BAE Systems ilə müqavilə bağlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Defence Post” portalı məlumat yayıb.
Məlumata görə, dəyəri 48 milyon dollar olan müqavilə Avropa əməliyyatlar teatrında yerləşən Amerika qüvvələri üçün hava bazalarının hava hücumundan müdafiəsini gücləndirməyə kömək edəcək.
Radar 360 dərəcə əhatə dairəsi, 300 km məsafə və dronlar, raketlər və yüksəksürətli təyyarələr də daxil olmaqla yüzlərlə hava hədəfini eyni vaxtda izləmək imkanı ilə uzun mənzilli 3D nəzarəti təmin edir.