Kremlin sözçüsü Paşinyanın Moskvaya işgüzar səfəri ilə bağlı sualı cavablandırıb...
Vladimir Putin Rusiya paytaxtına səfərə gedən Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməyi planlaşdırmır.
Poliqon xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov növbəti brifinq zamanı bildirib.
Dövlət başçısının mətbuat katibi jurnalistlərin müvafiq sualını cavablandırarkən bildirib ki, bu gün Putin və Paşinyan arasında ayrıca görüş planlaşdırılmır.
Peskov həmçinin bildirib ki, Rusiya rəhbərliyi Ermənistan Nazirlər Kabinetinin sədrinin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qarşıdan gələn sammitində iştirakını gözləyir. Tədbir dekabrın 25-də Sankt-Peterburqda baş tutacaq.
Qeyd edək ki, dekabrın 13-də səhər saatlarında Ermənistan hökumətinin mətbuat xidməti Paşinyanın Moskvaya uçması barədə məlumat yayıb. Məlumatda bildirilirdi ki, burada baş nazir elə həmin gün baş tutacaq Aİİ Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.
Onu da qeyd edək ki, əvvəllər Ermənistan KTMT çərçivəsində işi bərpa etməyi demək olar ki, mümkünsüz adlandırırıb.
Poliqon.info