Bank sektorunda komissiya haqqı gəlirləri bankların əsas gəlir mənbələrindən biridir.
Hansı bankın posterminalı ilə işləmək – DAHA SƏRFƏLİDİR? – BANKLAR, FAİZLƏR, SİYAHI
FED.az xəbər verir ki, bu Azərbaycanda da belədir. FED.az-ın hesablamaları göstərir ki, 2024-ci ilin ilk 9 ayında, yəni 3-cü rübün sonunadək Azərbaycan bankları müxtəlifı xidmətlərin göstərilməsinə görə, komissiya haqlarından 930 milyon manat gəlir əldə ediblər.
Amma bankların ölçülərindən, xidmət şəbəkəsinin genişliyi və göstərilən xidmətlərin çeşidindən asılı olaraq komissiya gəlirlərinin məbləği də ciddi şəkildə fərqlənir.
2024-cü ilin üçüncü rübünün sonuna olan məlumatlarına əsasən «Kapital Bank» komissiya haqqı gəlirləri sahəsində liderdir. Bank hesabat dövründə 397 milyon 245 min manat gəlir əldə edərək siyahıda birincidir. Ümumiyyətlə komissiya gəlirləri «Kapitalbank»ın gəlirlərində xüsusi paya malikdir. Belə ki, bankın bütün gəlirlərinin 38%-i komissiya haqlarından formalaşır.
Komissiya gəlirlərinin məbləğinə görə, növbəti yeri Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutur. ABB Bank hesabat dövründə 163 milyon 976 min manat komissiya gəliri əldə edib. ABB Bankda komissiya haqları bankın bütün gəlirlərinin 18%-ni təşkil edir.
«Paşa Bank»ın komissiya gəlirləri isə 121 milyon 134 min manatdır, bu «Paşa Bank»ın bütün gəlirlərinin beşdə biri deməkdir.
Digər tərəfdən ən az komissiya haqqı gəliri əldə edən banklar da diqqətçəkəndir. Melli İran Bankı 7 min manatla və «Bank Avrasiya» isə 541 min manatla siyahının sonunda yer alıb. Bu nəticələr, bu bankların bazar payının nisbətən kiçik olduğunu göstərir.
Daha detallı aşağıdakı cədvəldə :
Bank | Komissiya haqqı gəliri (yanvar-oktyabr, 2024) | Komissiya haqqı gəlirinin ümumu gəlirlərdə payı (yanvar-oktyabr, 2024) |
Kapital Bank | 397 245 min manat | 38% |
Azərbaycan Beynəlxalq Bankı (ABB) | 163 976 min manat | 18% |
Paşa Bank | 121 134 min manat | 22% |
Unibank | 72 856 min manat | 28% |
Rabitəbank | 30 007 min manat | 24% |
Bank Respublika | 21 771 min manat | 11% |
Xalq Bank | 19 481 min manat | 12% |
Yapı Kredi Bank | 13 552 min manat | 27% |
Yelo Bank | 13 402 min manat | 9% |
Bank of Baku | 12 559 min manat | 9% |
Access Bank | 12 046 min manat | 7% |
Expressbank | 11 113 min manat | 17% |
Azərbaycan Sənaye Bankı | 9 671 min manat | 25% |
Premium Bank | 9 434 min manat | 25% |
TuranBank | 6 767 min manat | 8% |
Ziraat Bank Azərbaycan | 5 561 min manat | 12% |
AFB Bank | 5 125 min manat | 22% |
VTB Bankı | 1 720 min manat | 5% |
Azər‐Türk Bank | 975 min manat | 1% |
Bank BTB | 674 min manat | 2% |
Bank Avrasiya | 541 min manat | 4% |
Melli İran Bankı | 7 min manat | 1% |