AZ

Azərbaycanda komissiya haqqından ən çox qazanan banklar – BANKLAR, MƏBLƏĞLƏR, SİYAHI

Bank sektorunda komissiya haqqı gəlirləri bankların əsas gəlir mənbələrindən biridir.

Hansı bankın posterminalı ilə işləmək – DAHA SƏRFƏLİDİR? – BANKLAR, FAİZLƏR, SİYAHI

FED.az xəbər verir ki, bu Azərbaycanda da belədir. FED.az-ın hesablamaları göstərir ki, 2024-ci ilin ilk 9 ayında, yəni 3-cü rübün sonunadək Azərbaycan bankları müxtəlifı xidmətlərin göstərilməsinə görə, komissiya haqlarından 930 milyon manat gəlir əldə ediblər.

Amma bankların ölçülərindən, xidmət şəbəkəsinin genişliyi və göstərilən xidmətlərin çeşidindən asılı olaraq komissiya gəlirlərinin məbləği də ciddi şəkildə fərqlənir.

2024-cü ilin üçüncü rübünün sonuna olan məlumatlarına əsasən «Kapital Bank» komissiya haqqı gəlirləri sahəsində liderdir. Bank hesabat dövründə 397 milyon 245 min manat gəlir əldə edərək siyahıda birincidir. Ümumiyyətlə komissiya gəlirləri «Kapitalbank»ın gəlirlərində xüsusi paya malikdir. Belə ki, bankın bütün gəlirlərinin 38%-i komissiya haqlarından formalaşır. 

Komissiya gəlirlərinin məbləğinə görə, növbəti yeri Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutur. ABB Bank hesabat dövründə  163 milyon 976 min manat komissiya gəliri əldə edib. ABB Bankda komissiya haqları bankın bütün gəlirlərinin 18%-ni təşkil edir.

«Paşa Bank»ın komissiya gəlirləri isə 121 milyon 134 min manatdır, bu «Paşa Bank»ın bütün gəlirlərinin beşdə biri deməkdir.

Digər tərəfdən ən az komissiya haqqı gəliri əldə edən banklar da diqqətçəkəndir. Melli İran Bankı 7 min manatla və «Bank Avrasiya» isə 541 min manatla siyahının sonunda yer alıb. Bu nəticələr, bu bankların bazar payının nisbətən kiçik olduğunu göstərir.

Daha detallı aşağıdakı cədvəldə :

Bank

Komissiya haqqı gəliri

(yanvar-oktyabr, 2024)

Komissiya haqqı gəlirinin ümumu gəlirlərdə payı 

(yanvar-oktyabr, 2024)

Kapital Bank

397 245 min manat

38%

Azərbaycan Beynəlxalq Bankı (ABB)

163 976 min manat

18%

Paşa Bank

121 134 min manat

22%

Unibank

72 856 min manat

28%

Rabitəbank

30 007 min manat

24%

Bank Respublika

21 771 min manat

11%

Xalq Bank

19 481 min manat

12%

Yapı Kredi Bank

13 552 min manat

27%

Yelo Bank

13 402 min manat

9%

Bank of Baku

12 559 min manat

9%

Access Bank

12 046 min manat

7%

Expressbank

11 113 min manat

17%

Azərbaycan Sənaye Bankı

9 671 min manat

25%

Premium Bank

9 434 min manat

25%

TuranBank

6 767 min manat

8%

Ziraat Bank Azərbaycan

5 561 min manat

12%

AFB Bank

5 125 min manat

22%

VTB Bankı

1 720 min manat

5%

Azər‐Türk Bank

975 min manat

1%

Bank BTB

674 min manat

2%

Bank Avrasiya

541 min manat

4%

Melli İran Bankı

7 min manat

1%

 

phrase_var_article.chosen
23
fed.az

1phrase_var_article.sources