AZ

Tramp İrana qarşı hərbi hücum variantını nəzərdən keçirə bilər

Bakı, TurkicWorld

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İrana qarşı hərbi hücum variantını nəzərdən keçirə bilər.

TurkicWorld xəbər verir ki, yerli mətbuata görə, Trampın komandası, İranı çəkinməyə və nüvə proqramını dayandırmağa məcbur etmək üçün “maksimum təzyiq 2.0” strategiyasını tətbiq etməyi düşünür.

Bu strategiya həm güclü iqtisadi sanksiyalar, həm də hərbi güc tətbiqi ilə dəstəklənə bilər.

Xəbərdə, Trampın ilk prezidentlik dövründə İrana qarşı hərbi müdaxilədən çəkinməsi, və son aylarda bölgədə baş verən dramatik dəyişikliklər göz önünə gətirilib. İsrailin Hizbullaha qarşı uğurlu əməliyyatları və Suriyada Bəşər Əsədin hakimiyyətinə qarşı mübarizənin yenidən qiymətləndirilməsi nəticəsində vəziyyətin dəyişdiyi də xüsusilə qeyd edilir.

Mənbələrə görə, ABŞ əvvəlcə İrana qarşı bölgəyə əlavə hərbi qüvvə, gəmi və döyüş təyyarəsi göndərə, həmçinin, İsrailin hücum imkanlarını artırmaq üçün “bunker deşən” bombaların satışını müzakirə edə bilər. Əgər bu addımlar təsirli olmazsa, ABŞ daha sərt mövqe tutaraq birbaşa hərbi güc tətbiq etməklə hədələyə bilər. Lakin bu strategiya hələ tamamlanmayıb və Trampın yanvarda ikinci dəfə Ağ Evə yerləşməsi ilə dəyişə bilər.

İsrail mətbuatında isə Tel-Əvivin İranın nüvə obyektlərinə mümkün hücuma hazırlıq gördüyü ilə bağlı iddialar yer alıb.

Seçilən
11
turkic.world

1Mənbələr