AZ

Çingiz Hüseynzadə: Digər ölkələr təhlükəsiz idman sahəsində Azərbaycanın təcrübəsindən yararlanır

Bakı, 13 dekabr, AZƏRTAC

"Son dövrlərdə idmanda təhlükəsizlik məsələsi ön plana çəkilib və biz Milli Olimpiya Komitəsi olaraq bu sahəyə çox diqqətlə yanaşırıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Bakıda keçirilən II Təhlükəsiz İdman Forumu barədə jurnalistlərə açıqlamasında deyib.

Təhlükəsizliyin idman siyasətində rolundan bəhs edən MOK rəsmisi yerli federasiyalarda bu sahə üzrə nümayəndələrin olmasının vacibliyini diqqətə çatdırıb: "Bu Forum Azərbaycanda idmanın daha təhlükəsiz olması, inkişaf etməsi, valideynlərin övladlarını idmana rahat şəkildə yönləndirə bilməsini təmin etmək məqsədi daşıyır. Sevindirici haldır ki, Azərbaycan bu sahə üzrə beynəlxalq aləmdə kifayət qədər tanınır və digər ölkələr bizim təcrübədən yararlanır".

O, Bakıda keçirilmiş I və II Təhlükəsiz İdman Forumlarını bir-birindən fərqləndirib: "İlk Forumumuz 1 il 8 ay öncə baş tutmuşdu. Həmin vaxt biz beynəlxalq qurumlara nə isə təqdim edə bilmirdik. Amma artıq bu gün görülən işlər barədə qurumları məlumatlandırmışıq. Bu dövr ərzində bu sahə üzrə yüksək səviyyəli mütəxəssislər ölkəmizə gəlib, müxtəlif seminarlar keçiblər. Hesab edirəm ki, artıq bu, püxtələşmiş, təkmilləşmiş bir təşkilatın forumudur".

 

Seçilən
27
1
azertag.az

2Mənbələr