Aktual.az xəbər verir ki, bu barədə CNN-ə Ağ Evin yüksək səviyyəli rəsmisi açıqlamasında deyib.
"Müdafiə Nazirliyi qarşıdakı beş həftə ərzində böyük miqdarda silahların Ukraynaya daşınması üçün tarixi səylər göstərir. İndidən yanvarın ortalarına qədər biz Ukraynaya yüz minlərlə artilleriya mərmisi, minlərlə raket, yüzlərlə zirehli texnika və digər kritik imkanlar təqdim edəcəyik”, - Ağ Ev rəsmisi bildirib.
Məlumata görə, silah təchizatının koordinasiyasına Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan rəhbərlik edir.