AZ

Qvardiolanın səhhətində problem yarandı

Pep Qvardiola səhhətindəki problemlərdən danışıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki,"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola sağlamlıq problemləri ilə bağlı bəzi açıqlamalar verib. 

"Mənim dəri problemlərim var və iki-üç il antihistamin dərmanları qəbul etməliyəm. Əsəbiləşməyə meyilliyəm, bəzən pis günlərim olur və çoxlu səhvlər edirəm. Bəzən özümü itirirəm. Həmçinin yaxşı yata bilmirəm və həzm problemləri ilə qarşılaşıram. Yüngül yeməklərə üstünlük vermək lazımdır. Axşamlar yalnız şorba içirəm," - deyə Qvardiola bildirib.

Xatırladaq ki, "Mançester Siti" Çempionlar Liqasının 6-cı turunda "Yuventus"a 0:2 hesabı ilə məğlub olub.

Fidan
Milli.Az

Seçilən
27
milli.az

1Mənbələr