AZ

Azərbaycan Türkmənistandan idxal etdiyi svop qazı azala

Azərbaycan 2024-cü ilin ilk 10 ayı ərzində Türkmənistandan 354.12 milyon kub-metr həcmində svop təbii qaz idxal edib və bu öncəki göstəricidən 73 faiz azalmadır.

Banker.az-ın əldə etdiyi məlumata görə, idxal olunmuş təbii qazın dəyəri 53.12 milyon ABŞ dolları təşkil edir.

Oktyabr ayında təkcə 13.03 milyon kub metr təbii qaz idxal edilib. Bununla belə təbii qazın həcmi öncəki ilə

Keçən ilin ilk 10 ayında Azərbaycan Orta Asiya ölkəsindən 1 milyard 327 milyon kub metr təbii qaz idxal edilmişdi və bunun da dəyəri $189.63 milyon dollar idi.

Azərbaycan təbii qazı Türkmənistandan birbaşa deyil, İran üzərindən idxal edir ki, bu da svop qaz sayılır. 2021-ci ildə Azərbaycan, İran və Türkmənistan liderlərinin Aşqabaddakı anlaşmasından sonra belə bir ticarət baş tutmağa başladı.

Azərbaycan ilə Türkmənistan arasındakı təbii qaz ticarəti keçən il ən pik həddini yaşadı və həcm 1 mlrd. 517.33 mln. kub-m və ya 218.23 mln. dollar idi.

Azərbaycan 2022-ci ilin ikinci yarısından bu tərəfə Türkmənistandan təbii qazın hər 1000 kub-m üçün standart olan 150 dollar ödəyir. Bununla belə, təbii qaz 2022-ci ilin ortalarındakı müharibə şokundan tarixi maksimum olan hər 1000 kub-m 1000 dollar deyil. Cari ildə Azərbaycan ortalama hər 1000 kub-m üçün 324 dollar ödəyib.

43873478687

phrase_var_article.chosen
18
1
banker.az

2phrase_var_article.sources