AZ

Gürcüstan parlamentindən Brüsselə sərt CAVAB

Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsinin sədri Arçil Qorduladze Brüsselin Gürcüstanın daxili işlər naziri və yüksək rütbəli polis zabitlərinə qarşı sanksiyalar tətbiq etmək təklifini tənqid edib.

Hokm.az-ın məlumatına görə, o, sözügedən təklifi hədsiz və əsassız adlandırıb

“Ölkəsinin mənafeyinin keşiyində duran, ölkəmizdə əmin-amanlığın təmin olunmasına çalışan, yalnız öz xalqına xidmət edən insanların bu işə görə cəzalandırılması ağlasığmazdır. Bu cür qeyri-bərabər münasibətin olması və insanları sırf öz vətənlərini sevdiklərinə görə barmağını göstərib cəzalandırmaq qəti şəkildə qəbuledilməzdir”, – Qorduladze bildirib.

Seçilən
4
2
hokm.az

3Mənbələr