AZ

Türkiyə 13 ildən sonra bu ölkəyə səfir göndərdi

Burhan Koroğlu Türkiyənin Dəməşqdəki səfirliyin müvəqqəti işlər vəkili təyin edilib.

Aktual.az xəbər verir ki, bu barədə "Anadolu” agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə əsasən məlumat yayıb.

Qeyd edək ki, Türkiyənin Dəməşqdəki səfirliyi Suriyada baş verən hadisələrlə bağlı 26 mart 2012-ci il tarixində fəaliyyətini dayandırmışdı. Səfirlik əməkdaşları və onların ailə üzvləri də bu qərarla Türkiyəyə qayıtmışdılar.

Suriyanın İstanbuldakı Baş Konsulluğu isə fəaliyyətini davam etdirirdi.

Seçilən
1
1
ulusum.az

2Mənbələr