AZ

Hitlerin köməkçisinə qiyabi ölüm hökmü – Borman necə yoxa çıxdı?- Maraqlı 

Nürnberq məhkəməsi  bütün müttəhimlərdən fərqli olaraq  Martin Bormanı qiyabi məhkum etdi.  Adolf Hitlerin “sağ əli” uzun illər tapılmadı. Eyni zamanda  onun fəaliyyətinin  təfərrüatları və nasist Almaniyasındakı  əsl rolu barədə dürüst məlumat yoxdur. Bu kölgəli nasistin  Fürere necə xidmət etməsi barədə də təzadlı fikirlər var.

 1900-cü ildə poçt işçisi ailəsində anadan olan Martin Borman  sıravi alman vətəndaşı idi. 1920-ci ildə o, artıq Meklenburqda  şəxsi mülkün müdiri vəzifəsinə işə götürüldü.  Lakin müharibədən sonrakı böhran və dövlətin zəifləməsi  onu siyasətə qarışmağa vadar etdi. Gənc  Bormanın  aqressiv təbiəti  1923-cü ildə ortaya çıxdı.  Əvvəllər Oberleytnant Gerhard Rosbacın antisemit paramiliter qrupuna qoşulan Bormann orada xəzinədar vəzifəsini tutdu və Rudolf Hösslə tanış oldu.  1923-cü ilin mayında Borman casusluqda şübhəli bilinən  məktəb müəllimi  V.Kadovun  məxfi  məhkəməsinin ilhamvericisi  və təşkilatçısı  rolunda  idi.  Daha sonra o, borcu  qaytarmaq  istəməyən Kadovun  ölümündə təqsirli bilinərək həbsə göndərildi. Həbsxanadan sonra Bormann Türingiyaya köçdü və  1927-ci ildə NSDAP-a qoşuldu. İrqçi ideyalar ona da sirayət etdi. 1933-cü ildə nasistlərin hakimiyyəti ələ keçirməsi Bormann üçün yeni perspektivlər açdı. Hitlerin müavini Rudolf Hess onu qərargah  rəisi və şəxsi katib təyin etdi.  Artıq Bormann  Hitlerin ətrafında  idi.  O, aparatın  xüsusiyyətlərini  başa düşdü, partiyada və dövlətdə vəzifə və mükafatların bölüşdürülməsinə çıxış  əldə  etdi.  Goering  və  digər nasist  liderləri  kimi  parlaq  geyimlər, mükafatlar  və  gücün  digər  xarici atributları  Bormanı  maraqlandırmırdı.  Onun maraq dairəsində başqa amillər dayanırdı.

Borman  ünsiyyət qurmaqda  həmkarlarında geri qalırdı. Bu da onun nitq qabiliyyətinin zəifliyi ilə bağlı idi. Ona görə də  xüsusi bir yol seçdi. O, aktual məsələlərin həllində Hitlerin yanında idi.  Bormann  Fürerin  maliyyə işlərini  idarə edir, kiçik tapşırıqları yerinə yetirir, Hitleri   inzibati  funksiyaların yükündən azad edirdi. Ən əsası heç vaxt  Fürerə  heç bir işin yerinə yetirilməsində  etiraz etmirdi. 1941-ci ildə Bormann partiya kansleri və Reyx nazirinin rəhbəri oldu. O, Hitlerin göstərişlərinə  fanatik şəkildə əməl edirdi. Hətta  əvvəllər  nasistlər  tərəfindən  populyarlaşdırılan  Alman  Gothic  şrifti (Fraktur) təqib edildi.  Bormann haradasa onun yəhudilər tərəfindən icad edildiyini öyrəndi. 1941-ci ildə  şrift qadağan edildi.

Hitler tezliklər Bormannı hərbi sahəyə cəlb etdi. Bu müharibənin başlamasından sonra baş verdi. Fürer eyni zamanda daxili  siyasətin əhəmiyyətli  hissəsini  Bormanna həvalə etdi. Bundan sonra , 1943-cü ilin aprelində Bormann Fürerin şəxsi katibi təyin edildi.  Hitlerlə görüş almaq, hesabat göndərmək üçün Bormannla əlaqə saxlamaq lazım idi.  Bormann Hitler üçün tövsiyələr və məlumat hesabatlarını tərtib edir, ümumi  mənzərəni formalaşdırdı. Hermann Goering  daha sonra  xatirələrində yazırdı: “Bormann gecə-gündüz Hitlerin yanında idi və tədricən onu  iradəsinə tabe etməyi bacardı”.  Eyni şeyi SS general-leytenantı V.Şellenberq də təsdiqləyirdi: “Hitlerə nəzarəti Bormann  edirdi   və özünü  onun ən sadiq xidmətçisi olduğuna inandırmışdı”.

Bormann öz ideyalarına uyğun  ona  lazım olan insanları  vəzifələrə qaldırırdı. Beləliklə, o, işğal olunmuş  ərazilərdə  ukraynalılara  qarşı  ən  qəddar  rəftarı  zəruri hesab edirdi. 

Bormanın  himayəsi  altında  milyonlarla Ostarbayterin  Almaniyaya  məcburi əməyə  göndərilməsində iştirak edən F.Saukkel və SS liderlərindən biri, “yəhudi məsələsinin son həlli”nin baş texnoloqu  R.Heydrix təyin edildi.  Bu nasistin təşkil etdiyi mexanizm müharibənin sonuna qədər fasiləsiz işlədi. Bundan əlavə, Hitlerin katibi müxtəlif direktivləri tərtib etdi. Onlardan biri 1943-cü ildə  qoşunlara məhbuslarla daha sərt davranmağı tövsiyə edirdi.  Rozenberqə ünvanlanan başqa bir məktubda  Bormann, Reyxin işçi qüvvəsi kimi ehtiyacı olmadığı təqdirdə slavyanların ölümünü  tələb edirdi. Borman yəhudilərə  qarşı tədbirlər haqqında, “yekun həll”in əsas icraçılarından birinin Adolf Eyxmanın səlahiyyətləri   haqqında fərman imzaladı.

Stalinqrad məğlubiyyətindən sonra Bormann daim Hitlerin yanında  idi  və Fürerin  ətraf aləmlə  ünsiyyətinə  yalnız  Bormann nəzarət edirdi. Hitlərlə görüşə gələn dövlət adamlarını təlimatlandırır, Fürerlə necə danışmağın yolunu izah edirdi. Onun  bu cür davranışı hətta Hitlerin  katibinin intellektual qabiliyyətlərinə  xor baxan Göbbelsdə də qorxu  yaratmışdı.  Ola bilsin ki, Borman  Hitlerin özündən və SS-in  rəhbəri  Q. Himmlerdən  sonra  ölkədə üçüncü şəxs olub. O,  Himmleri    1945-ci ilin yazında  Şərq Cəbhəsindəki ordu qrupunun komandiri təyin etməyi bacardı.  Himmler öz bacarıqsızlığını göstərdi və tezliklə peşəkar hərbçi ilə əvəz olundu.

Əslində isə bütün bunların əhəmiyyəti az idi. Bormanın patoloji  güc istəyi və əvvəlki uğurları reallıq hissini itirməsinə səbəb oldu. Sovet qoşunları Berlinin mərkəzinə və Hitlerin bunkerinə yaxınlaşırdılar. Bormann 30 aprel 1945-ci ildə Fürer və həyat yoldaşının, ertəsi gün isə Gebbels ailəsinin intiharının şahidi olub. Borman və bunkerin  bir neçə başqa sakini şəhəri tərk etməyə cəhd edərkən onların cəsədləri  hələ  də  girişdən  çox uzaqda yanırdı. Reallığın itirilməsi məsələsinə gəlincə  – Hitlerin katibi onun yeni Almaniya hökumətində əsas fiqur olacağına ümid bəsləyirdi.

 Sovet qoşunları Berlinə girməmiş Bormann itkin düşdü. Mayın 2-dən etibarən  Bormanndan səs-soraq çıxmadı. Şahidlər müxtəlif ifadələr verdilər.  O, tapılmadı və Nürnberq məhkəməsində  qiyabi mühakimə edilən, müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə edama məhkum edilən yeganə şəxs oldu. Sonrakı onilliklərdə vaxtaşırı  dünya mətbuatı Bormanın sağ olduğu və Almaniya, İtaliya, İspaniya və ya Latın Amerikasında olduğuna dair fərziyələr yaydı. Şaiyələr  çox olsa da, dəlil yox idi. Buna baxmayaraq,  Almaniya  onun  axtarışlarını davam etdirdi  və Hitlerin köməkçisinin harada olması  barədə  100 min marka mükafat təyin olundu.  Buna görə mətbuat səhifələrində dolaşıq məlumatlar dərc edilirdi. Bir-birinə zidd olan belə yazıların sayı çox olduğundan növbəti materallar gülüşlə qarşılanırdı. Artıq Bormanın yerini heç kəs bilmirdi.  1960-cı ilin iyununda İsrailin “Gaolam Hatzeh” qəzeti Bormanın Buenos-Ayres yaxınlığında böyük bir ev aldığını yazmışdı. Müalicəyə ehtiyacı olduğundam o, yəhudi  həkimdən kömək istəmişdi.  Həkim, plastik  əməliyyat  keçirən Bormanı tanımış və ona öldürücü iynə vuraraq  həyatına son qoymuşdu.  Bu, sadəcə bir yəhudi qəzetinin yazdıqları idi və heç kəs buna inanmırdı.

1954-cü ildə Berchtesgaden məhkəməsi Bormanın öldüyünü elan etdi. Bu günə qədər Bormanın həyatı və ölümü ilə bağlı bir neçə versiya var. Hətta onun Sovet agenti olması da iddia edilir.  Ancaq 1998-ci ildə Bormanın ölümünün tədqiqi sona çatdı.  Güman edilir ki, 1945-ci il mayın 2-də Bormann Berlini tərk etməyə cəhd edən zaman Sovet əsgərləri ilə qarşılaşıb və atışma başlayıb. O,  əsir düşəcəyindən ehtiyat edərək  doktor Stupfeggerlə  birlikdə intihar edib. (Bu həmin həkim idi ki, Hitlərə və onun yaxınlarına zəhərli kapsulları öz əlləriylə vermişdi.)  Bu versiya, bir tərəfdən, bəzi şahid ifadələrinə , digər tərəfdən, Berlində 1972-ci ildə ehtimal edilən ölüm yerində tapılan qalıqlara uyğun gəlirdi. Kəllə və fotoşəkillərin müqayisəsi, Hitlerin diş həkimi və başqalarının məlumatları onların Bormann və Stupfeggerə aid olduğunu göstərdi.  Bu versiya  1998-ci ildə aparılan DNT testi ilə də təsdiqini tapdı.

Bormanın ölümü ilə bağlı sualdan fərqli olaraq, onun həyatının bəzi təfərrüatları hələ də tam aydın deyil. O, nə dərəcədə Hitlerə yaxın idi və Fürerə nəcə təsir edirdi?  O, hansı şəxsi məqsədləri güdürdü? Doğurdanmı o, elə hesab edirdi ki, Almaniyanın kapitulyasiyasından sonra ölkənin başına keçə biləcək?  Bu gün Martin Bormann barədə deyilənlər hələ də tam şəkildə sübut olunmayıb.

Vəli Həsənov,

KONKRET.az

phrase_var_article.chosen
12
konkret.az

1phrase_var_article.sources