Prezident Co Bayden koronavirus pandemiyası zamanı həbsdən çıxarılaraq ev dustaqlığına salınan təxminən 1500 nəfərin cəzasnı yüngülləşdirib və qeyri-zorakı cinayətlərə görə məhkum edilmiş 39 amerikalını əfv edib. Bu, ölkənin müasir tarixində ən böyük bir günlük əfv aktıdır.
Elan edilən akt azadlığa çıxdıqdan sonra ən azı bir il ev dustaqlığı cəzasını çəkmiş insanlar üçündür. Həbsxanalar virusun yayılması üçün münbit bir yerdir və OVID-19 virusunun yayılmasının qarşısını almaq üçün bəzi məhbusların həbsi ev dustaqlığı ilə əvəz edilmişdi. Associated Press-in məlumatlarına görə, pandemiyanın bir müddətində hər beş məhbusdan biri COVID-19 virusuna yoluxmuşdu.
Bayden, qarşıdakı həftələrdə daha çox addım atacağını və əfv ərizələrini nəzərdən keçirməyə davam edəcəyini söyləyib. İkinci ən böyük bir günlük əfv aktı 2017-ci ildə vəzifədən getməzdən bir müddət əvvəl Barak Obama tərəfindən 330 nəfərə şamil edilən akt idi.
Bu əfv Baydenin silah və vergi cinayətlərinə görə mühakimə olunan oğlu Hanter üçün verdiyi geniş əfvdən sonraya təsadüf edir.
Bayden, Trump administrasiyası yanvar ayında vəzifəyə başlamazdan əvvəl federal ölüm hökmündə olanlar da daxil olmaqla geniş insanları əfv etmək üçün vəkillik qruplarının təzyiqi altındadır. O, həmçinin Trampın 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək səylərini araşdıran və yeni seçilmiş prezidentin vəzifəyə gəldikdən sonra mümkün qisasla üzləşə biləcəcək insanlarla bağlı qabaqlayıcı əfvlər verib-verməyəcəyini də düşünür.
visiontv.az