Aktual.az Publika.az-a istinadla xəbər verir ki, Türkiyə liderinin administrasiyasının məlumatına görə, o, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken Ankaraya gələrkən deyib.
"Prezident Ərdoğan bildirib ki, Türkiyə öz milli təhlükəsizliyi naminə Suriyada fəaliyyət göstərən və Türkiyə üçün təhdid mənbəyi olan bütün terror təşkilatları, xüsusilə PKK [və onlarla əlaqəli Suriya silahlı birləşmələri] və İD-ə qarşı tədbir görəcək. O bildirib ki, Türkiyə NATO ölkəsi olaraq PKK və ona bağlı qrupların Suriyadakı vəziyyətdən yararlanmaq cəhdlərinə mane olacaq. O, bütün imkanlardan istifadə edəcək və heç vaxt İŞİD-ə qarşı mübarizədə zəifliyə yol verməyəcək”, - administrasiyanın bəyanatında deyilir.
Ərdoğan "Türkiyə əvvəldən Suriyanın ərazi bütövlüyünü, birliyini və unitar quruluşunu qorumağa sadiq olduğunu və beynəlxalq ictimaiyyətin Suriyanın dirçəliş və yenidən qurulması məsələlərində əməkdaşlıq etməli olduğunu” bildirib.