Bakı. Trend:
Ehtiyata keçirilən şəxslərin hərbi komissarlıqlarında tibbimüayinəyə cəlb edilməsinin yaş həddi azaldılır.
Trend xəbərverir ki, bu barədə “Hərbi vəzifə və hərbi xidmət haqqında”Əsasnaməyə dəyişiklikdə öz əksini tapıb.
Hazırda ehtiyata keçirilən şəxslər vaxtaşırı rayon (şəhər) hərbikomissarlıqlarında yaradılan tibbi müayinə komissiyalarında tibbimüayinəyə cəlb edilirlər.
Bu halda hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görəehtiyata keçirilmiş hərbi vəzifəlilər 35 yaşına çatanadək hərbixidmət keçməyə yararlı sayıldıqda çağırışçıların uçotuna qaytarılır(Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuşhallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqihərbi xidmətə çağırılırlar.
Dəyişikliyə əsasən isə 35 yaş həddi 30-a endirilir.