"Football-plus.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın içraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
O, Azərbaycan yığmasının baş məşqçisi Fernando Santuşun komandadakı taleyi ilə bağlı danışıb:
"Santuş hazırda AFFA rəsmiləri ilə birlikdə İsveçrənin Sürix şəhərində DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimindədi. İş başındadı və işini davam etdirir".
Xatırladaq ki, bir neçə gün əvvəl portuqaliyalı mütəxəssisin Azərbaycan millisindən göndəriləcəyi ilə bağlı xəbərlər yayılmışdı.