AZ

Bağlanmış bank əməkdar jurnalist Mübariz Əsgərovu məhkəməyə verib — SƏBƏB

Əməkdar jurnalist Mübariz Əsgərov "Sabaha saxlamayaq" verilişində başına gələn hadisədən danışıb.

Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, o iki il əvvəl fəaliyyətini donduran "Əmrah Bank"la bağlı problem yaşayıb.

Belə ki, Mübariz Əsgərov bankda hesab açdırıb. Daha sonra isə öz adına həmin bankdan 22 faizlə kreditə pul götürüb.

Bir müddət sonra bank bağlananda aparıcı kredit borcunun müəyyən hissəsinin hesabında pulla ödənilməsini tələb edib. Bank bununla razılaşmayaraq Mübariz Əsgərovu məhkəməyə verib:

"Mən 20 il "Qulp" verilişinin aparıcılığını etdim. Sonra formatı dəyişdim. "Qulp Studiya MMC" yaratdım. Burada başqa sənədli filmlər və layihələr ərsəyə gətirdim. Bunlardan biri "Rezonans" idi. Bir neçə il sonra televiziya ilə müqavilə imzaladım. Mən o layihəni hər ay televiziyaya təhvil verirdim. əvəzində isə televiziya mənə hər ay pul ödəyirdi. Mən də yaşadığım ünvana yaxın olduğu üçün "Əmrah Bank" filialında hesab açdım. Hər ay hesabıma köçən pulu gedib oradan çıxarırdım. "Rezonans" layihəmdə bir problem oldu. Orada məhkumlarla çəkiliş edirdim çoxu da ölüm hökmü alan məhkumlar idi. Onlar haqında sənədli film hazırlamağa başladım. Bu çəkiliş mənə böyük maliyyə hesabına başa gəldi. Sonra gördüm ki, artıq pul çatmır. Hesabım olan "Əmrah Bank"dan 22 faizlə kredit götürdüm.

Hər ay da "Rezonans" layihəmə görə televiziyanın hesabıma köçürdüyü pulu çəkirdim, işçilərin pulunu ödəyirdim və qalan pul ilə kreditimi ödəyirdim. Bu bir müddət də belə davam etdi. Sonra müqaviləyə baxdım ki, qeyd edilib ki bir gün geciksə həmin 22 faiz kredit 32 faizə qədər cərimələnir.

Daha sonra bank bağlandı, Sonuncu dəfə pul köçəndə onu çıxarmamışdım. Mən oradan 8500 AZN kredit götürmüşdüm. Onun böyük hissəsini ödəmişdim. Sonra dedilər ki borcunu ödə, dedim hesabımdakı pulu da çıxın müəyyən hissəsini bununla əvəz edin.

Mənə dedilər ki sən onu nə vaxtsa alacaqsan əsasə bizim borcumuz ödə...

3000 AZN hesabımda pul var idi. Mən öz hesabımdakı pulu da çıxıb qalan borcumu ödədim. Onlara ərizə yazdım ki mənim hesabımdakı pulu da buradan çıxın. Mən bu vəziyyətdə özümü təhqiredilmiş hiss etdim. Bu söhbət 2021-ci ildə olmuşdu. İki ay əvvəl mənə sənəd gəlib ki, bank məni məhkəməyə verib".

Ətraflı videoda:
phrase_var_article.chosen
6
demokrat.az

1phrase_var_article.sources