Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmətlə əlaqədar son yaş həddi azaldılır.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün xidmətlə əlaqədar son yaş həddi 36,5 yaşdır.
Layihəyə əsasən, bu yaş həddi 31,5 yaşa endirilir.