Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.
QHT.az xəbər verir ki, “Gənclərin Məhkəmə Simulyasiyası” layihəsi iştirakçıların hüquqi biliklərinin artırılması və məhkəmə proseslərini daha yaxından tanımaları məqsədini daşıyır.
Layihə çərçivəsində:
Məhkəmə sisteminin əsas prinsipləri və hüquqi prosedurlar;
Gənclərə real məhkəmə proseslərinin gedişatı və vəzifələrin bölgüsü kimi mövzulardan bəhs olunub.
Qeyd edək ki, hüquq üzrə tanınmış mütəxəssis tərəfindən mövzuya dair təqdimat keçirilib və iştirakçıların sualları cavablandırılıb.