Şair Rüstəm Behrudi Mədəniyyət Naziri olmaqdan imtina etməsindən danışıb.
OLAY yazır ki, bu barədə o, “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın RTV-də yayımlanan “Qaranlıqda Həqiqət” layihəsində açıqlama verib:
“Şair azad olmalıdır. Mən rəhmətlik Elçibəyin özünə də izah etdim, dedim gündə bir insan gələcək, onları gözləyəcəyəm? Məcburam. Kimsə gələcək, gedəcəyəm, onu qarşılamağa... Birincisi mən bu işi bacarmaram, ikincisi mənlik bir iş yoxdur. Azad insanam. Hətta zarafat etdim. Sonradan Ədalət Tahirzadə kitabında yazıb ki, Rüstəm Behrudi Əbülfəz Elçibəydən pul istədi. Amma anlamır ki, qardaşlarım o dövrdə Bakının ən məşhur biznesmenləri idi. Azərbaycana ərzaq gətirirdilər. Mənim 100 dollara ehtiyacım olmazdı ki... Guya demişəm, onun əvəzinə 100 dollar ver. Yanlışdır. Dedim ki, bu işi bacarmaram. 100 dollar söhbəti belə oldu ki, dedim, həftədə 100 manat pul lazım olur, dostlarla araq, votka içməyə... O da mənim var idi, ehtiyacım yox idi. Sonra gördüm ki, qəzetlər yazıb ki, Rüstəm Behrudi Nazirliyi 100 dollara dəyişdi, imtina etdi”.