AZ

Rusiya Ukraynaya havadan hücuma keçdi - Enerji infrastrukturu məhv edilib

Rusiya ordusu onlarla qanadlı raket və pilotsuz uçuş aparatlarından istifadə edərək Ukraynanın elektrik şəbəkəsini hədəfə alıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hücumla bağlı Ukraynanın energetika naziri German Qaluşenko açıqlama verib.
 
​​\"Düşmən terrorunu davam etdirir. Ukraynanın bütün enerji sektoru yenidən böyük hücuma məruz qalıb\" - deyə Qaluşenko vurğulayıb.

Məlumata görə, Rusiya ilin əvvəlindən bəri Ukraynanın enerji infrastrukturuna ən azı 11 irimiqyaslı hücum həyata keçirib.
  
Mikayıl
phrase_var_article.chosen
32
azxeber.com

1phrase_var_article.sources