AZ

Qadına qarşı 4670 manatlıq dələduzluq

Paytaxtın Binəqədi, Yasamal və Nəsimi rayonları ərazilərində müxtəlif vaxtlarda 4 nəfəri aldadan şəxsin onların 600, 300, 500 və 300 manat olmaqla ümumilikdə 1700 manat vəsaitini öz hesabına ödətdirməklə ələ keçirməsi barədə polisə məlumatlar daxil olub. 

DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 23 yaşlı K.Abuşov müəyyən olunaraq saxlanılıb.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir qadının 4670 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 32 yaşlı R.Rəhimov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

 

Seçilən
7
xalqqazeti.az

1Mənbələr