AZ

Nursultan Nazarbayevin səhhəti və şəxsi həyatı ilə bağlı məlumatlar məxfiləşdiriləcək

Qazaxıstan parlamenti dövlət sirri haqqında qanuna dəyişiklikləri təsdiqləyib. Sənəddə digər məsələlərlə yanaşı, eks-prezidentlərin və onların ailə üzvlərinin səhhəti və şəxsi həyatı ilə bağlı məlumatların təsnifləşdirilməsi təklif edilir.

KONKRET.az xəbər verir ki, bu dəyişikliyə görə, yalnız Qazaxıstanın hazırkı prezidentinin və onun ailə üzvlərinin səhhəti və ailəsi haqqında məlumatlar məxfiləşdirilir. Senat (parlamentin yuxarı palatası) sənədi təsdiqləyib və imzalanmaq üçün prezidentə göndərilib.

“Bu, sağlamlıq məlumatlarıdır. Qazaxıstanda hər bir vətəndaşın şəxsi toxunulmazlıq hüququ var. Bu, sağlamlıq problemləri və diaqnozlarla bağlıdır. Bir çox ölkələrdə prezidentlərin səhhəti ilə bağlı məlumatlar məxfidir”, – deyə İdeputat Aygül Kapbarova bildirib.

Qeyd edək ki, Nursultan Nazarbayev 2019-cu il martın 19-da hakimiyyəti Kasım-Jomart Tokayevə verərək və geniş səlahiyyətləri özündə saxlayaraq Qazaxıstan prezidenti vəzifəsindən istefa verib. Lakin bir neçə ildən sonra keçmiş prezident səlahiyyət və imtiyazlarından məhrum edilib. Beləliklə, 2022-ci ilin yanvarında etirazlar fonunda Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük sədrliyini ləğv edən qanun qəbul edilib. 2023-cü ildə Tokayev qanun imzalayıb ki, keçmiş prezident “Elbası” statusundan, xalqa müraciət etmək və dövlət orqanlarına və məmurlara təkliflər vermək hüququndan məhrum edilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
7
konkret.az

1Mənbələr