AZ

Yunanıstandan uşaqların ekran asılılığına qarşı yeni addım

Bakı,TurkicWorld

Yunanıstan uşaqların sosial mediadan istifadəsini məhdudlaşdırmağa hazırlaşır.

TurkicWorld xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-ə açıqlama verən Rəqəmsal İdarəetmə Naziri Dimitris Papastergiu, 2025-ci ildən etibarən, 15 yaşdan kiçik uşaqların sosial mediaya girişini məhdudlaşdıracaq yeni bir tətbiqin hazırlanmasının planlaşdırıldığını bildirib.

Papastergiu qeyd edib ki, 2025-ci ilin ilk aylarında istifadəyə verilməsi planlaşdırılan tətbiq planşet və smartfonlara quraşdırılacaq. Bu yenilik, uşaqlar arasında ekran asılılığını azaltmağı və valideyn nəzarətini gücləndirməyi hədəfləyir.

"Kids Wallet (Uşaq pul kisəsi)" adlanacağı gözlənilən bu tətbiqin əsas məqsədi uşaqların sosial media platformalarına daxil olmasının qarşısını almaq olacaq.

Seçilən
15
turkic.world

1Mənbələr