AZ

Marandiçi xəstəxanadan evə buraxıldı

"Turan Tovuz"un futbolçusu Denis Marandiçi xəstəxanadan evə buraxılıb.

"Football-plus.az" xəbər verir ki, moldovalı müdafiəçi ona dəstək olanlara təşəkkür edib:

"Göstərdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm. Mənə çox böyük güc verdiniz. Hər şey əladı. Özümü çox yaxşı hiss edirəm. Ən qısa müddətdə geri dönəcəyəm. Tezliklə yaşıl meydanlarda görüşərik".

Qeyd edək ki, ölkə kubokunun 1/8 final mərhələsindəkeçirilən “Turan Tovuz” - “Sabah” matçında Marandiçinin rəqib futbolçusu Pavol Şafranko ilətop uğrunda mübarizəsi zamanı ayağı qırılıb. O, bir neçə gün əvvəl əməliyyat olunmuşdu.
Seçilən
1
1
football-plus.az

2Mənbələr