Növbəti görüşdə 16 vətəndaşın problemi dinlənilib
74 saylı Masallı seçki dairəsinin deputatı Məşhur Məmmədov növbəti dəfə seçicilərin görüş-qəbulunu keçirib.
Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatının inzibati binasında təşkil edilən qəbulda bir şəhid ailəsi, iki Vətən müharibəsi iştirakçısı olmaqla 16 nəfər müxtəlif sosial qrupları təmsil edən vətəndaşın müraciəti dinlənilib.
Xahişə gələnlərin problemlərinin operativ həllindən ötrü görüş-qəbulda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, millət vəkilinin köməkçisi Əli Nağıyev iştirak ediblər.
Bəzi seçicilərin müraciətləri yerində həllini tapıb, digər məsələlər isə səlahiyyətlər çərçivəsində aidiyyəti üzrə yönləndirilib.
Milli Məclisin deputatı Məşhur Məmmədovun seçicilərlə görüşləri davam edir.
Akif AĞAYEV