Qanunsuz mərc oynamağı təşviq etmək ittihamı ilə saxlanılan və ev dustaqlığı qərarı çıxarılan Serdar Ortaç bu qərarın ləğvindən sonra “Pembe masa” verilişinin qonağı olub.
İndex.az xəbər verir ki, MS xəstəliyi ilə mübarizə aparan Ortaç, yaşadığı sağlamlıq problemlərinə diqqət çəkib.
“Ev dustaqlığında olarkən sol qolumu itirdim. Xəstəliyimlə əlaqədar sol ayağımı itirdim, yeriməkdə çətinlik çəkdim, amma buna baxmayaraq başıma bu qumar bəlası gəldi və mən evdə qandallı gəzərkən stressdən sol qolumu itirdim”, – Serdar Ortaç deyib.
Reaksiyalardan qorxduğunu bildirən müğənni bundan sonra televiziyaya çıxmamaq və kəndə qayıtmaq qərarına gəldiyini açıqlayıb:
“İndi danışmağa qorxuram. Ağzımdan çıxan sözlərə görə diqqətli olacam, heç vaxt düşündüklərimi deməyəcəyəm. Bu, kanalda son müsahibəm, son canlı yayımımdır. Bundan sonra məni heç vaxt kanallarda görməyəcəksiniz. Küçədəki müxbirlər istisna olmaqla, əlbəttə ki, ona heç nə edə bilmərəm, amma bir daha heç vaxt kanalda danışmayacağam. Bu borclar bitsin. Bir də konsert versəm, mahnı oxusam, kişi deyiləm. Hər şeyi qoyub kəndə yerləşəcəm. Orada ölümü gözləyəcəm”.
Müğənni başına gələnlərin onu yorduğunu bildirib:
“İndi ölmək istəyirəm. İllərdir səhnələrdə konsertlər vermişəm, insanları əyləndirmişəm. Amma televizoru açanda illərdir qardaş-bacı dediyim insanlar məni təhqir edirlər. “Böyük Serdar Ortaç” ifadəsini bəyənmirəm. Bu dövrdə heç kim sultan deyil. Konsertlərimə 350 min, 400 min adam gəlirdi. Hamı yıxılmağımı gözləyirdi? Mən daha yaşamaq istəmirəm. Həqiqətən sabah səhər ölmək istəyirəm”.