AZ

Suriya druzları İsrailə birləşmək istəyirlər...

Bu gün sosial şəbəkələrdə suriyalı druzların İsrailə birləşməyi xahiş etdiyi video yayılıb. Suriya-İsrail sərhədi yaxınlığındakı Hermon bölgəsindəki Hader kəndində baş tutan görüşdə spiker Əsədin devrilməsindən və “Bizim yolumuz haradır?” sualına orada olanlar “İsrail” cavabını verirlər.

“Əgər seçim etməli olsaq, daha az şərli olanını seçəcəyik, hətta bu İsrail Qolanına qoşulmaq mənasına gəlsə belə. Bu, bizə yaxınlaşan şərdən qat-qat az şərdir”, deyə spiker Əsəd rejimini devirmiş islamçı qruplara toxunaraq vurğulayıb.

Fəallardan bir isə "Ynet" saytına bildirib ki, bu cür çağırışlar ölkənin müxtəlif yerlərində eşidilir. Ancaq belə bir qərara qarşı çıxanlar da var. Qeyd olunur ki, Hermon dağının Suriyaya aid hissəsi ələ keçirildikdən sonra hadisə yerində olan İsrail ordusunun əsgərləri hər hansı insidentin qarşısını almaq üçün yerli sakinlərlə danışıqlar aparır. Mənbələrin sözlərinə görə, qısa müddətdə bu təmaslar “taktiki koordinasiyadan başqa bir şeyə çevrilib”.

Ülviyyə, Hurriyyet.az

Seçilən
21
hurriyyet.az

1Mənbələr