Aktual.az Xalqcəbhəsi.az-a istinadən xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili dəyişikliyi dəstəklədiyini bildirib: "Amma bununla yanaşı hesab edirəm, Nazirlər Kabineti də yüksək ixtisaslı sahələr hansılardırsa, onun siyahısını çap etməlidir. O sahədə çalışan yerli mütəxəssislərin dövlət və özəl sektorda olmasından asılı olmayaraq, onlar üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Mənə müraciət edənlər bildirirlər ki, onlar da güzəştli ipotekadan istifadə edə bilsə idilər, bu, çox yaxşı olardı. Bu böyük stimul olardı ki, həmin insanlar ölkəni tərk etməsinlər”.