AZ

“Hələ buna hazır deyilik”

“Hərbi xidmət müddətinin azaldılması istiqamətində müzakirələr aparılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi, polkovnik Azər Babayev Milli Məclisin iclasında deyib.

“Hərbi xidmət müddətinin azaldılması ilə bağlı deyə bilərəm ki, bizdə hazırda müzakirələr aparılır. Çağırış təşkilində və keçirilməsi istiqamətində mənfi təsirlərin qarşısını almaq istəyirik. 

Biz hərbi xidmət müddətinin azaldılmasında başqa bir istiqamət fikirləşirik. Burada həmişə ali və orta təhsillilərin fərqi nəzərdə tutulur. Vətəndaşların konstitusion hüquqları var və orada ali və orta təhsili fərqləndirmək düzgün deyil. Çünki konstitusiyada yazılıb ki, hər bir vətəndaş hərbi xidmət keçməlidir. Orada ki, ali təhsilli və ya orta təhsilli deyə ayrılmayıb. Biz onların bərabərləşdirilməsi istiqamətində addım atmağı fikirləşirik. Amma hələ buna hazır deyilik”, - deyə A.Babayev bildirib.

Nuranə Daxilqızı 

phrase_var_article.chosen
13
qafqazinfo.az

1phrase_var_article.sources