AZ

Hərbi xidmət vaxtının azaldılması müzakirə edilir

Hərbi xidmət vaxtının azaldılması ilə bağlı müzakirələr aparılır. Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi Hərbi xidmətə çağırış baş idarəsinin rəisi  Azər Babayev deyib. 
 
"Hərbi xidmətin vaxtının azaldılması ilə bağlı müzakirələr aparılır. Ali təhsil və orta təhsil alanlar arasında xidmət vaxtı arasında fərq var. Düşünürük konstiusiyan hüququ olaraq hamı bərabər olmalıdır. Buna hələ hazır deyilik. Bu qanun qəbul olunduqdan sonra təkliflərə baxa bilərik. Hazırda çağırış prosesində mənfi təsirlərin qarşısını almaq əsas məqsədimizdir. Sui-istifadə hallarının aradan qaldırılması da əsas şərtlərdəndir. Növbəti mərhələlərdə bu məsələlərə baxa bilərik", - Babayev bildirib. 
 
Deputat Erkin Qədirli Babayevə cavab olaraq bildirib ki, belə bir təklifin olması məqsədəuyğundur, amma bunun konstiusiya qarşısında şəxslərin bərabərliyi ilə bağlılığı yoxdur. 
 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
15
anews.az

1Mənbələr