Bu gün futbol üzrə 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilir.
Modern.az xəbər verir ki, tədbir İsveçrənin Sürix şəhərində təşkil olunub.
Püşkatmada Azərbaycan millisinin rəqiblərinin də adına aydınlıq gəlib.
Püşkün nəticəsinə görə, Azərbaycan millisi 4 komandalı D qrupuna düşüb.
Fernandu Santuşun baş məşqçi olduğu Azərbaycan komandası Fransa-Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya kollektivləri ilə birlikdə mübarizə aparacaq.
Seçmə mərhələdə 12 qrup təşkil ediləcək. Hər qrupda 4 və ya 5 komanda iştirak edəcək. 5 komandalı qruplarda oyunlar 2025-ci ilin martında, 4 komandalı qruplarda isə sentyabrda başlanacaq. Rəqiblər bir-birinə qarşı evdə və səfərdə olmaqla 2 oyun keçirəcək. Qrup mərhələsinə 2025-ci ilin noyabrında yekun vurulacaq.
Qeyd edək ki, DÇ-2026-nın final mərhələsi iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-də təşkil olunacaq. Bu mundial tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.