AZ

Keçmiş direktor müavini BŞTİ-dən mənəvi zərər tələb edir

Bakıda fəaliyyət göstərən 201 saylı tam orta məktəbin keçmiş direktor müavini Svetlana Hüseynova Bakı Şəhər üzrə Təhsil İdarəsini (BŞTİ) məhkəməyə verib. 

SeherXeber.org -ın Qaynarinfo-ya istinadən məlumatına görə, Svetlana Hüseynovanın iddia tələbi mənəvi zərərin ödənilməsi ilə bağlıdır. 

Keçmiş direktor tələbini şərəf, ləyaqət və işgüzar nüfuzuna xələlə gətirilməsi ilə izah edib. İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. 

Svetlana Hüseüynova ötən ilin dekbarında işdən çıxarılıb. O, 201 saylı məktəbin direktoru Afaq Əliyevadan şikayətçi olması ilə gündəmə gəlmişdi. 

Svetlana Hüseynova iddia emişdi ki, direktor məktəbi özünün biznes subyektinə çevirib. Onun sözlərinə görə Afaq Əliyeva 5 və 6-cı siniflərdə oxuyan şagirdlərin sayını saxta yolla artırmaqla küllü miqdarda büdcə vəsaitini mənimsəyir. Bundan başqa dərsə gəlməyən şagirdlərdən pul alaraq onlara qiymət yazdırır.

Həmin vaxt Afaq Əliyevadan şikayətçi olan başqa bir müəllim - Lalə Şəfaqətova isə mediaya açıqlamasında direktorun Svetlana Hüseynovaya qarşı qarayaxma kampaniyası apardığını bildirmişdi. 

Məlumata görə, Svetlana Hüseynova ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasındakı məhkəmə çəkişməsi bu qalmaqalla bağlıdır. 

Seçilən
2
3
seherxeber.org

4Mənbələr