AZ

Nazir Sahil Babayev Qubada vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Quba rayonunda Quba və Qusar rayonlarının sakinlərini qəbul edib.

 

Qəbuldan əvvəl S.Babayev və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

 

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzillə təminat, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

 

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

 

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Seçilən
1
16
qht.az

10Mənbələr