AZ

“Qərbi Azərbaycan İcmasının dünyanın bir çox yerində ofisləri olmalıdır”

 

Qərbi Azərbaycan İcmasının (QAİ) Türkiyə nümayəndəsi Asif Qurbanın təşəbbüsü və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun iştirakı ilə QAİ-nin ilk ofisi qardaş Türkiyənin İzmir şəhərində açılıb. Açılış mərasimində 100-dən çox insan iştirak edib.

Missiya.Az xəbər verir ki, bu barədə xalqcəbhəsi.az-a danışan diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk İcmanın Türkiyə nümayəndəliyində ciddi və sistemli şəkildə təşkilatlanmanın müşahidə edildiyini qeyd edib: “Qərbi Azərbaycan İcmasının beynəlxalq səviyyədə təşkilatlanması zamanın tələbidir. Türkiyədə yüzlərlə, minlərlə müxtəlif tarixlərdə köç edən Qərbi Azərbaycan kökənli insan yaşayır. Qərbi Azərbaycan İcmasının dünyanın bir çox yerində ofisləri olmalıdır. Beynəlxalq müstəvidə güclənməliyik. İnsan haqları təşkilatları ilə iş mexanizmi qurulmalıdır ki, mütəmadi məlumat çatdırılsın. Ofislərin yaradılması bu işdə yeni fəaliyyətin əsasını qoya bilər. İlk təşəbbüsü Asif Qurban atdı”.

E.Eltürk əlavə edib ki, İcmanın Türkiyə nümayəndəliyi ciddi və sistemli şəkildə təşkilatlanır: “Sıralara hər gün artır. İzmirdə də ofisin açılması bundan xəbər verir. Şəxsiyyətinə böyük bəslədiyim Dr.Asif Qurbanı 2007-ci ildən tanıyıram. Dünya Azərbaycanlıları Konqresində birgə fəaliyyət göstərmişik. Olduqca bacarıqlı, işgüzar şəxsdir. Harada olubsa, orada keyfiyyətli iş ortaya qoymağı bacarıb. Onun Azərbaycan diasporunun inkişafında xidmətləri danılmazdı. Hər zaman milli məsələlərdə prinsipial mövqe nümayiş etdirib. 2009-cü ildə Türkiyə-Ermənistanla bağlı sərhədlərin açılmasına qarşı apardığı etiraz kampaniyalarını unutmamışam. O zaman Türkiyənin aparıcı media orqanlarında açıqlamaları ilə çıxış edirdi. Asif Qurban Azərbaycan-Türkiyə qardaşlığının güclənməsinə xidmət edən insanlardandır. Heç vaxt təmənna güdməyib. Daxili enerjisi ilə bu amala xidmət edib”.

 

Seçilən
34
missiya.az

1Mənbələr