DÜNYANIN UCQAR HİSSƏLƏRİNDƏ DƏ EKOLOGİYA KORLANIB
Tomsk Dövlət Universitetinin alimləri Altay dağlarından Şimal Qütb Dairəsinə qədər olan ərazidə yağan qarı təhlil edib – hər yerdə mikroplastik hissəciklər var idi.
Yaşayış yerlərindən götürülən nümunələrdə 12 növ plastik polimer aşkar edilib.
Bu onu göstərir ki, plastik çirklənmə hətta ucqar və zahirən ekoloji cəhətdən təmiz rayonlara da yayılıb. Tədqiqatçılar qeyd edirlər ki, mikroplastiklər atmosferə küləklə daxil olur və yağıntı ilə birlikdə çökür. Bu hissəciklər torpağa və suya nüfuz edərək canlı orqanizmlərə zərərli təsir göstərə bildiyi üçün ekosistemlər üçün təhlükə yaradır.
Tədqiqatçılar deyir ki, qarda olan plastikin çox hissəsi tekstil və qablaşdırma materiallarından gəlir.