AZ

Yekun protokollarının hazırlanma qaydası təsdiqlənib

Bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı təsdiq olunub. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun dekabrın 13-də keçirilən iclasında deyib.

Onun sözlərinə görə, komissiyanın qərarına əsasən, seçki keçirilən bələdiyyələrin sayına uyğun olaraq dairə seçki komissiyaları üçün və səsvermə təşkil edilən seçki məntəqələrinin sayına uyğun olaraq məntəqə seçki komissiyaları üçün protokolların hazırlanması qərara alınıb.

phrase_var_article.chosen
29
7
sia.az

9phrase_var_article.sources