AZ

Gürcüstanda eks-prezidenti dövlət mühafizəsindən məhrum edən qanun qəbul edilib

Gürcüstan parlamenti üçüncü və yekun oxunuşda plenar iclasda Konstitusiya Məhkəməsi prezidentin bu vəzifədə olarkən konstitusiyanı pozduğunu müəyyən edərsə, səlahiyyət müddəti başa çatdıqdan sonra onu dövlət himayəsindən məhrum edəcək qanun qəbul edib.

Ucnoqta.az xəbər verir ki, səsvermə qanunverici orqanın saytında canlı yayımlanıb.

Qanunun lehinə 85 deputat səs verib. Onun qəbulu üçün ən azı 76 səs tələb olunurdu.
Dəyişikliklər “Xüsusi Dövlət Mühafizə Xidməti haqqında” qanuna daxil ediləcək.

Mövcud qanunvericiliyə görə, Gürcüstan prezidenti, baş nazir, eləcə də parlament sədri səlahiyyət müddəti başa çatdıqdan sonra daha bir il dövlət mühafizəsindən istifadə etmək hüququna malikdir.
Konkret keçmiş vəzifəli şəxsin təhlükə altında olduğu müəyyən edildikdə, dövlət mühafizəsinin qüvvədə olma müddəti uzadıla bilər.

Seçilən
26
ucnoqta.az

1Mənbələr