AZ

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13, № 4, maddələr 362, 367, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637) aşağıdakı dəyişikliklər edilsin:

1. 67-1.5-ci maddənin birinci cümləsinə, 159.1-ci və 493.1-ci maddələrə “təxirə salınmadan” sözlərindən sonra “, lakin sonrakı iş günündən gec olmayaraq” sözləri əlavə edilsin.

2. 161.3-cü maddənin birinci cümləsinə “məsələsi” sözündən sonra “bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində” sözləri əlavə edilsin.

3. 162.2-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində baxılır və həll edilir.”.

4. 184.4-cü maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Vəsatətə onun təqdim edildiyi və ya növbəti məhkəmə iclasından gec olmayaraq baxılır. Vəsatətdə göstərilən məsələ təxirəsalınmaz qaydada həll edilməli olduqda, vəsatətə baxılması ilə bağlı işdə iştirak edən şəxslərə məlumat verilməklə məhkəmə iclası təyin edilə bilər.”.

5. 228.2-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılır və həll edilir.”.

6. 229.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“229.2. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə o zaman baxıla bilər ki, bu Məcəllənin 229.1-ci maddəsində nəzərdə tutulmuş hallar qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək aşkar olunsun. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə ərizə qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək məhkəməyə təqdim edilir. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi işə baxmağa mane olmur. Əlavə qətnamə və ya əlavə qərardad ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində qəbul olunur. Əlavə qətnamə və ya əlavə qərardadın çıxarılması qətnamə və ya qərardadın qanuni qüvvəyə minməsini təxirə salmır.”.

7. 230.4-cü maddənin birinci cümləsinə “məsələsi” sözündən sonra “bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində” sözləri əlavə edilsin.

8. 355-1.1-ci maddədən “ilə bağlı hərəkətləri” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 noyabr 2024-cü il

Seçilən
1
9
xalqqazeti.az

10Mənbələr