“OpenAI” süni intellekt texnologiyasını bir addım daha irəli apararaq, “ChatGPT”yə canlı video axınlarını təhlil etmək və müvafiq olaraq istifadəçilərlə söhbət etmək imkanı verir.

İndex.az xəbər verir ki, dekabrın 12-də keçirilən canlı yayım tədbirində təqdim edilən bu yeni funksiya “ChatGPT”yə smartfon kamerası vasitəsilə obyektləri tanımağa və bu görüntülər vasitəsilə istifadəçilərlə danışmağa imkan verir.

Məsələn, istifadəçilər proqram daxilində mesajlara cavab vermək üçün yardım ala və ya qəhvə hazırlamaq üçün addım-addım təlimat istəyə biləcəklər. “ChatGPT” prosesləri dərhal izləyəcək və müvafiq olaraq cavab verəcəkdir.

Bu yenilik dekabrın 19-dan “ChatGPT Plus” və “Pro” abunəçiləri üçün əlçatan olacaq. “OpenAI”, həmçinin yanvar ayında bu xüsusiyyəti müəssisə və təhsil müştərilərinə təqdim etməyi planlaşdırır.