AZ

"Dinamo"nun baş məşqçisi: "Azərbaycan futbolunu izləyirəm, "Neftçi"ni diqqətdə saxlayıram"

Belarusun "Dinamo" klubunun baş məşqçisi Vadim Skripçenko Konfrans Liqasının əsas mərhələsinin 5-ci turunun “Larne”(Şimali İrlandiya) ilə oyunundan (2:0) sonra Azərbaycana təşəkkür edib. 

Sportal.az xəbər verir ki, klubun mətbuat danışan belaruslu mütəxəssis "Neftçi" və Azərbaycanda oynayan belaruslular haqda da danışıb:

"Sumqayıta, Bakıya və bütün azərbaycanlı dostlarımıza bizə ev oyunlarını yaxşı şəraitdə, yaxşı stadionda, yaxşı qazonda keçirmək imkanı verdiyinə görə təşəkkür edirəm. Bu, bizim üçün çox vacibdir. Azərbaycanlı dostlarımızın bizə yaratdığı şəraitə görə hamımız sevinirik. Yaşayış şəraiti heç bir sual yaratmadı. Hələ qarşıdakı günləri Bakıda keçirəcəyik və "Panatinaikos"la oyuna "Sabah"ın bazasında hazırlaşacağıq. Klub bizə orada məşq etmək imkanı yaratdı. Dekabrın 17-də isə Yunanıstana uçacağıq.

Azərbaycan futbolunu izləyirəm. Xüsusilə böyük tarixə malik komandaları. “Neftçi”ni nəzərdə tuturam. Həmyerlimiz Yeqor Boqomolski orada çıxış etdiyi üçün mən də onları izləyirəm. O, iki il əvvəl mənim komandamda oynayırdı, elə orada özünü sübut edərək Azərbaycana yollandı. Yeqor Xvalko da “Kəpəz”in formasını geyinir. Komandası “Qarabağ” və ya “Neftçi” səviyyəsində olmasa da, özünə inamlı görünür. Aleksey Baqa burada, “Sumqayıt”da işləyirdi. Üstəlik, mən bizim üçün giriş zonası yaşıl olan ölkələri diqqətdə saxlayıram. Azərbaycanda yaxşı stadionlar var, tək mənfi cəhəti çoxlu süni meydançalardır. İstənilən halda, Azərbaycan futbolunun və millinin tərəqqisini arzulayıram".

saytlarin hazirlanmasi

phrase_var_article.chosen
31
sportal.az

1phrase_var_article.sources