AZ

Aİ Adanadan Suriyaya humanitar yardım göndərəcək

Avropa İttifaqı (Aİ) Adana üzərindən Suriyaya qida, səhiyyə, təhsil və sığınacaq materiallarından ibarət humanitar yardım göndərəcəyini açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Aİ Komissiyasının sözçülərindən Eva Hrncirova gündəlik mətbuat konfransında Aİ-nin Suriyaya Adana üzərindən daşınacaq humanitar yardım göndərməyə hazırlaşdığını bildirib.
 
Hrncirova bildirib ki, ilk mərhələdə Dubayda saxlanılan 50 ton yardım hava yolu ilə, Danimarkada saxlanılan 46 ton yardım isə quru yolu ilə Adanaya daşınacaq.
 
Sözçü yardımın paylanmasının Suriya daxilində BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə təşkil ediləcəyini bildirib.
 
Aİ Komissiyasının sədri Ursula fon der Leyen, sosial media hesabından verdiyi açıqlamada bildirib:
 
\"Əsəd rejimi getdi. Suriya xalqı üçün yeni bir ümid var. Bununla belə, qeyri-sabitlik vəziyyəti davam edir. Ona görə də bunu etməliyik. Biz humanitar yardım fondumuzu 160 milyon avroya çatdırmışıq\".
 
Oksana
 

Seçilən
7
1
azxeber.com

2Mənbələr