AZ

Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi keçirilib

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumlarının əməkdaşları arasında 3-cü minifutbol turnirinin açılış mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Bakı Tennis Akademiyasındakı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və digər qurum rəhbərləri iştirak ediblər.

Dövlət Himni səsləndiriləndən sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov çıxış edərək Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirin yüksək səviyyədə keçiriləcəyini deyib: "Heydər Əliyev daim idmana öz qayğısını göstərir, futbola xüsusi rəğbətlə yanaşırdı. Federasiya olaraq çalışırıq ki, bu idman növünə diqqət yetirək və xüsusilə gənclər arasında minifutbolu inkişaf etdirək. İldən-ilə komandaların sayının çoxalacağına, rəqabətin artacağına ümid edirik”.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev turnir iştirakçılarına uğurlar arzulayaraq, bundan əvvəlki yarışların çox böyük marağa səbəb olduğunu bildirib. O, budəfəki turnirin də eyni qaydada keçiriləcəyinə əminliyini ifadə edib.

Gənclər və idman naziri Fərid Qayıbov turnirin təşkili üçün AFFA və Azərbaycan Minifutbol Federasiyasına təşəkkürünü bildirərək, hər il yarışların maraqlı və gərgin keçdiyini qeyd edib. Onun sözlərinə görə, turnirin final matçlarında tribunalar hər zaman azarkeşlərlə dolu olub.

Daha sonra turnir açıq elan olunub. Yarış Baş Prokurorluq və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti komandaları arasında oyunla start götürüb.

Qeyd edək ki, turnirdə 39 komanda iştirak edir.(azertac)

phrase_var_article.chosen
11
1
90deqiqe.az

2phrase_var_article.sources